Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO

76527

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Prezidenti görüşdə çıxışında bildirib:

“Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək”.

Qeyd edək ki, “Ağıllı kənd”-də Ailə Sağlamlıq Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.

Eyni zamanda tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.

Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yardılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məslətləşmələr aparmaq imkanı verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO