“Ələt azad iqtisadi zonası haqqında qanunda Konstitusiyaya zidd məqamlar var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı
Deputat uyğunsuzluğun nədən ibarət olduğunu da qeyd edib.
“İxracı stimullaşdırmaq üçün öz şirkətlərimizi AİZ-ə buraxırıqsa, gəlin bütün ölkədə bunu edək. Hansı məsələlər ki, sahibkarların xeyrinədir, bunu bütün sahibkarlar üçün etmək lazımdır.
Konstitusiyamızın 71-ci maddəsinin 7-ci hissəsində qeyd olunur ki, vətəndaş hüquq və azadlıqları ilə bağlı məsələləri məhkəmə həll edir. Lakin qanunda bu tip mübahisələrin AİZ-in səlahiyyətində olduğu bildirilib”.
Millət vəkili iqtisadi zonada vergi şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı da oxşar problemin olduğunu diqqətə çatdırıb.
Murad Əhmədov, Bizim.Media