Bu gün ictimai-siyasi həyatda ətraf mühiti korlayan insanlar, dərnəklər var ki, ölkəmizə qarşı çıxırlar. Azərbaycanın maraqlarına ziyan gətirən bloqerlər var ki, dövlət rəsmilərinin ünvanına fikirlər səsləndirirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı
“Hesab edirəm ki, bu cür medallardan həmin ünsürlərlə mübarizə aparan şəxslərə də verilməlidir. Azərbaycanın Brüssel görüşündən sonra de-yure öz ərazi bütövlüyünü bərpa etdiyi, sərhədlərimizin müəyyənləşdirdiyi bir vaxtda ölkəmizə qarşı müraciətlər etdilər.
Amma onlardan eşitmədik ki, Ermənistana Xocalı soyqırımına görə təzyiqlər göstərilməsini istəsinlər”, - deyə Siyavuş Novruzov əlavə edib.
Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Murad Əhmədov, Bizim.Media