Selçuk Bayraktar gələcək planlarından danışdı - ÖZƏL MÜSAHİBƏ 

Selçuk Bayraktar gələcək planlarından danışdı - ÖZƏL MÜSAHİBƏ 

Hazırda oxunan: Selçuk Bayraktar gələcək planlarından danışdı - ÖZƏL MÜSAHİBƏ 

76422

Bakıda ötən gündən “TEKNOFEST Azərbaycan” festivalı start götürüb. 

Bizim.Media xəbər verir ki, festival Türkiyə Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə keçirilir.

Festival barədə Bizim.Media-nın suallarını Selçuk Bayraktar cavablandırıb.

- Cənab Bayraktar, möhtəşəm festival təşkil etmisiniz. Görünür ki, böyük əmək var. Atmosferi necə dəyərləndirirsiniz? 

- Mayın 25-də ərazini gəzdim, hazırlıqlarla tanış oldum. Azərbaycanda festivala bizdəkindən daha böyük maraq var. Bu da bizi pozitiv bir şəkildə ruhlandırır. Gələcəyə dair ümüdlərimizi yaşıllaşdırır. Asılı olmayan və müvəffəqiyyətli sabahlarımıza olan inamımızı artırır. 

- Bilirik ki, ilk dəfə olaraq ölkə xaricində, yəni Azərbaycanda təşkil edilir. Kiçik də olsa məlumat almaq istərdim ki, bəlkə bizə özəl açıqlayacaqsız, növbəti xarici ölkə haradır? Bu möbtəşəm festival daha hansı xarici ölkədə keçiriləcək? 

- Bilirsinizmi, tələblər çoxdur. “TEXNOFEST” çox böyük komanda oyunudur və böyük hazırlıqlar görmək lazımdır. Əslində, meqa layihədir. Dünyanın ən böyük fəaliyyətidir, tələblər var. İndoneziyadan, Özbəkistandan, Ukraynadan tələblər var. İnşallah, hədəfimiz dost və qardaş ölkələrlə tam müstəqil və müəffəq olma yolundakı önəmli fəaliyyəti paylaşmaqdır. 

- Hazırda Bakıda reallaşan möhtəşəm festival Azərbaycan və Türkiyənin bundan sonrakı addımları üçün necə bir toxum səpəcək? 

- Ölkələrimizin qardaşlığını daha da gücləndirməsi baxımından çox önəmli olacaq. Biz Türkiyədə, "Bir uşaq gəlsin, təyyarəyə toxunsun, bəlkə dünya dəyişər, bəlkə gələcəkdə o ölkələrimizi kosmosa götürəcək". Yenə də, bir uşaq daha gəlsin, o da təyyarəyə toxunsun. Bəlkə o da ölkələrimizi müdafiə edəcək. PUA-ları, təyyarələri hazırlayacaq. “TEXNOFEST”in uzandığı bütün coğrafiyanı 29-na qədər Bakıda gözləyirik. 

- Vaxt ayırdığınız üçün, səmimi söhbət üçün təşəkkür edirəm. 

- Mən təşəkkür edirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO