Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın görüşü Naxçıvanla sərhəddə, Arazdəyən (Yerasx) qəsəbəsi istiqamətində baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın news.am saytına baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.
"Növbəti görüşün vaxtı hələ müəyyən edilməyib", - ofisdən bildirilib.
Əvvəllər bildirilmişdi ki, iki ölkə arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində və müvafiq tapşırıqlar əsasında 2022-ci il mayın 24-də Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryan ilə ilk görüş keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə birgə iş komissiyaları formatında Ermənistan və Azərbaycan sərhədində olub.
Tərəflər delimitasiya və digər müvafiq məsələlər, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər. Komissiyaların birgə fəaliyyətinin təşkilati-prosessual məsələləri müzakirə edilib.
Tərəflər sərhəddə keçirilən görüşlərlə yanaşı, komissiyaların növbəti iclaslarının keçirilməsi üçün müxtəlif yerlərdən istifadənin məqsədəuyğunluğu barədə razılığa gəliblər. O cümlədən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 26.05.2022
Şahin Mustafayev erməni həmkarı ilə sərhədin bu hissəsində görüşüb – DETALLAR
Hazırda oxunan: Şahin Mustafayev erməni həmkarı ilə sərhədin bu hissəsində görüşüb – DETALLAR
Hazırda oxunan: Şahin Mustafayev erməni həmkarı ilə sərhədin bu hissəsində görüşüb – DETALLAR
76289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.