Ötən gün 19 yanğın olub, 4 nəfər xilas edilib  

Ötən gün 19 yanğın olub, 4 nəfər xilas edilib  

Hazırda oxunan: Ötən gün 19 yanğın olub, 4 nəfər xilas edilib  

76251

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyən 1 nəfər və Xaçmaz rayonu, Şıxhaput kəndində sel nəticəsində minik avtomobilində təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin, Gəncə şəhərində yanğınla nəticələnən partlayış zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun və Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş yanğın zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO