Hövsanda döyüldüyü deyilən müharibə iştirakçısı ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

Hövsanda döyüldüyü deyilən müharibə iştirakçısı ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Hövsanda döyüldüyü deyilən müharibə iştirakçısı ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

76238

Sosial şəbəkələrdə Suraxanı rayon Hövsan qəsəbəsində müharibə iştirakçısı Hikmət Əsgərovun tikinti apardığı ərazidə insidentin baş verməsini əks etdirən görüntülər yer alıb.

O, tikinti aparmasına dövlət qurumlarının imkan vermədiyini bildirib, həmçinin döyüldüyünü iddia edib.

Suraxanı Rayon İcra Hakimiyyəti hadisəyə ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, qeyd edilib ki, Hikmət Əsgərov Hövsan qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədlər olmadan özbaşına tikinti işləri aparıb. 

Qurum tikintinin polis tərəfindən dayandırıldığını deyib:

“Ona komissiya üzvləri tərəfindən heç bir fiziki təzyiq göstərilməyib”.

Suraxanı Rayon İcra Hakimiyyəti hesab edir ki, müharibə iştirakçısı “döyüldüyü” təsəvvürü yaratmaq üçün özünə qəsd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO