Qaradağda diri-diri yanan qadın bu məktəbin müəllimi imiş - YENİLƏNİB 

Qaradağda diri-diri yanan qadın bu məktəbin müəllimi imiş - YENİLƏNİB 

Hazırda oxunan: Qaradağda diri-diri yanan qadın bu məktəbin müəllimi imiş - YENİLƏNİB 

76218

Qaradağ rayonunda evdə yanaraq ölən qadının müəllim olduğu bəlli olub.

Bizim.Media xəbər verir ki, yanğın zamanı həyatını itirən Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəllimi idi.

*** 09:27

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 
Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO