“Azəriqaz”dan Gəncədəki partlayışla bağlı AÇIQLAMA – YENİLƏNİB - FOTO

“Azəriqaz”dan Gəncədəki partlayışla bağlı AÇIQLAMA – YENİLƏNİB - FOTO

Hazırda oxunan: “Azəriqaz”dan Gəncədəki partlayışla bağlı AÇIQLAMA – YENİLƏNİB - FOTO

76212

“Azəriqaz” İstehsalat Birliyi Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı mövqeyini bildirib.

Bizim.Media xəbər verir ki, “Azəriqaz”ın İctimayyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bununla bağlı öz “Facebook” səhifəsində açıqlama verib: 

"Məlumata görə, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda xəbərlər dolaşır. Diqqətinizə çatdırıram ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur.

Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub.

Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram. Ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər. Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.

*** 09.22

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.

Bizim.Media nazirliyin saytına istinadən xəbər verir ki,  Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb.

Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*** 08:17

Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində, 5 ci mərtəbədə mənzildə anidən yanğın başlayıb. 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. 
 

Yanğın kəşfiyyatı zamanı evdə orta yaşlı kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, yanğın zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlu dünyasını dəyişib. 

İlkin versiyaya görə, baş verən yanğın qaz sızması nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO