Azərbaycana son 4 ayda 330,6 min əcnəbi gəlib

Azərbaycana son 4 ayda 330,6 min əcnəbi gəlib

Hazırda oxunan: Azərbaycana son 4 ayda 330,6 min əcnəbi gəlib

76103

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, gənclərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən - 138,4 dəfə, Səudiyyə Ərəbistanından - 138,3 dəfə, Bəhreyndən - 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 46,3 dəfə, Pakistandan - 30,4 dəfə, Hindistandan - 18,4 dəfə, İsraildən - 7,3 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 4,1 dəfə, Fransadan - 3,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Ukraynadan - 2,5 dəfə, Böyük Britaniyadan - 2,3 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 14,4 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52,0 faizi hava, 46,0 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO