Yevlaxda sərnişin avtobusu traktorla toqquşdu: 13 YARALI - YENİLƏNİB

Yevlaxda sərnişin avtobusu traktorla toqquşdu: 13 YARALI - YENİLƏNİB

Hazırda oxunan: Yevlaxda sərnişin avtobusu traktorla toqquşdu: 13 YARALI - YENİLƏNİB

76034

Xəbər verdiyimiz kimi, Bakı-Qazax yolunun Yevlaxın Qarxun kəndi istiqamətindən keçən hissəsində sərnişin avtobusu traktorla toqquşub.

Bizim.Media xəbər verir ki, ən son məlumata görə, baş verən qəza zamanı 13 nəfər xəstəxanaya çatdırılıb.

Bildirilib ki, onlardan biri yeniyetmə, ikisi isə azyaşlıdır.

*** 08:15

Yevlaxda sərnişin avtobusu traktorla toqquşub.

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun  Yevlaxın Qarxun kəndi istiqamətindən keçən hissəsində baş verib.

Goranboydan Bakıya gedən “Ford” markalı mikrosərnişin avtobusu traktorla toqquşub.
Qəza nəticəsində ən azı 11 nəfər xəsarət alıb. 

1965-ci il təvəllüdlü Qəşəm Məmmədov, 1984-cü il təvəllüdlü Abbas Abbasov, 1980-ci il təvəllüdlü Cingiz Hüseynov, 1981-ci il təvəllüdlü  Zaur Kərimov, 2000-ci il təvəllüdlü Ayxan Rzazadə, 1970-ci il təvəllüdlü Yeganə Daşdəmirova, 1998-ci il təvəllüdlü Ülvi Allahverdizadə, 1970-ci il təvəllüdlü Gündüz Hüseynov, 2004-cü il təvəllüdlü Bəylər Rzayev, 1986-cı il təvəllüdlü Aynurə Quliyeva və onun 1979-cu il təvəllüdlü bacısı Süsən Rzayeva xəstəxanaya yerləşdirilib.

Yaralıların əksəriyyəti Goranboydakı köçkün şəhərciyinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Qəza baş verən yerin fotolarını təqdim edirik:

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO