Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu - YENİLƏNİB

Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu - YENİLƏNİB

Hazırda oxunan: Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu - YENİLƏNİB

75972

Qazaxda hoteldə aşkar olunan meyidin kimliyi müəyyənləşib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gürcüstan Respublikası ilə sərhədin yaxınlığında, rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hotelində tapılan cəsəd Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikova məxsusdur. Müayinədən sonra meyitin üzündə çapılmış yara olduğu bildirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, ilkin versiyaya görə Vitali Sputnikov həmin vaxtı içkili olub və çox güman ki, özünü pis etdiyindən yıxılıb.

Bu zaman o yerə dəyib və alın nahiyəsində çapıq əmələ gəlib. Baş inspektor ölümün dəqiq səbəbinin araşdırmalardan sonra məlum olacağını əlavə edib. Faktla bağlı prokurorluqda araşdırmalar aparılır.  

*** 16.43

Qazax rayonunda hotellərin birində əcnəbi vətəndaşın meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hoteldə qeydə alınıb.

Orada qalan Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikovun meyiti gecə 23 radələrində aşkarlanıb. İlkin müayinə zamanı onun alın nahiyəsində çapılmış yara aşkar edilib. 

Qafqazinfo-nun məlumatına görə, qazaxıstan vətəndaşının hansı şəraitdə və hansı səbəbdən ölməsi hələlik məlum deyil. 

Faktla bağlı araşdırmalar aparılır. 

Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO