“Şuşa İli”nə həsr olunan muğam festivalının 1-ci mərhələsi başa çatdı - FOTO

“Şuşa İli”nə həsr olunan muğam festivalının 1-ci mərhələsi başa çatdı - FOTO

Hazırda oxunan: “Şuşa İli”nə həsr olunan muğam festivalının 1-ci mərhələsi başa çatdı - FOTO

75961

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə Şuşa rayonu və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.

Bizim.Media xəbər verir ki, iki mərhələdən ibarət festival 9-12 və 13-17 yaş qrupları üzrə keçirilir.

Festivalın birinci mərhələsinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri tərəfindən keçirilib. 

Artıq Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı, Ağcabədi, Ağdaş, Biləsuvar, Lənkəran, Masallı, Şəki, Gəncə və Bərdə Regional Mədəniyyət idarələrinin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb.
Münsiflər heyətinin qərarına əsasən, region mərhələsi üzrə 1-ci yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın finalı Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO