Bakıda polis əməliyyat keçirdi: 6 nəfər saxlanıldı – FOTO/VİDEO

Bakıda polis əməliyyat keçirdi: 6 nəfər saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda polis əməliyyat keçirdi: 6 nəfər saxlanıldı – FOTO/VİDEO

75948

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Saxlanılan şəxslər birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO