Dörd ölkənin ombudsmanı Şuşadadır

Dörd ölkənin ombudsmanı Şuşadadır

Hazırda oxunan: Dörd ölkənin ombudsmanı Şuşadadır

75944

"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu ilk öncə Füzuli hava limanına, sonra isə Şuşaya yola düşüblər. 

Bizim.Media xəbər verir ki, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO