Şamaxıda 6 ölkənin turizm nazirləri bir araya gəldi

Şamaxıda 6 ölkənin turizm nazirləri bir araya gəldi

Hazırda oxunan: Şamaxıda 6 ölkənin turizm nazirləri bir araya gəldi

75914

Mayın 24-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-in baş katibi Bağdad Amrayev iştirak edir.

Toplantını giriş sözü ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıb. O, bildirib ki, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib, bununla belə, bərpa prosesi başlayıb:

Bu ilin 4 ayında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103 faiz artıb.

“Ermənistan uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni-tarixi abidələri dağıdıb, vandalizmə məruz qoyub. Qarabağ işğaldan azad edildikdən sonra burada bərpa işləri başlayıb. Paralel olaraq işğaldan azad edilmiş ərazilərin turizm potensialı araşdırılır. Əminəm ki, Qarabağ tezliklə turistlərin ən çox səfər edəcəyi destinasiya olacaq”,- deyə Fuad Nağıyev vurğulayıb.

Qeyd edək ki, tədbirin gündəliyinə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir.
Gündəliyə, həmçinin “Türk Dünyası Turizm Paytaxtı haqqında Əsasnamə”nin yekunlaşdırılması, “TDT-nin Turizm üzrə Yol Xəritəsi”nin tamamlanması və digər məsələlər daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO