Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.
Bizim.Media "qafqazinfo"ya istinadən xəbər verir ki, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb.
Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də 3 dəfə məhkum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 24.05.2022
Qazi adı ilə dilənən şəxsə 30 sutka HƏBS
Hazırda oxunan: Qazi adı ilə dilənən şəxsə 30 sutka HƏBS
Hazırda oxunan: Qazi adı ilə dilənən şəxsə 30 sutka HƏBS
75911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.