Mayın 26-da Türk Dövlətləri Təşkilatının (TDT) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Məsul Nazirlərinin Xüsusi Toplantısı Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Bildirilir ki, tədbir Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin baş katibi Bağdad Amrəyevin moderatorluğu ilə keçiriləcək.
“TEKNOFEST Azərbaycan" Aviasiya və Texnologiya Sərgisi ilə üst-üstə düşən nazirlərin görüşü “Take Off Baku” Müəssisələri Sammiti və “TEKNOFEST”in Açılış Mərasimi ilə başlayacaq.
İclasda iştirak edən nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər "TEKNOFEST" turunda iştirak edəcək və müxtəlif pavilyonları ziyarət edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:13 / 24.05.2022
Bu ölkələrin nazirləri Xüsusi Toplantı ilə Bakıda bir araya gələcək
Hazırda oxunan: Bu ölkələrin nazirləri Xüsusi Toplantı ilə Bakıda bir araya gələcək
Hazırda oxunan: Bu ölkələrin nazirləri Xüsusi Toplantı ilə Bakıda bir araya gələcək
75910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.