Tərtərdə şəhid ailəsinə yeni ev tikilir - FOTO 

Tərtərdə şəhid ailəsinə yeni ev tikilir - FOTO 

Hazırda oxunan: Tərtərdə şəhid ailəsinə yeni ev tikilir - FOTO 

75895

Tərtərdə şəhid Elnur Hüseynovun ailəsinə yeni ev tikilir.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tikintisi davam edən evdə son tamamlanma işləri aparılır.  

Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov tikinti sahəsinə gəlib, görülmüş işlərlə tanış olub. Həmçinin ailənin qayğıları ilə də maraqlanıb.  

Şəhid atası göstərilən diqqətdən razı olduğunu bildirib və buna görə ölkə rəhbəri və onun xanımına öz dərin təşəkkürünü bildirib.  

Qeyd edək ki, şəhid Elnur Hüseynov Vətən müharibəsinə könüllü olaraq qatılıb, Tərtər rayonunun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Məhz elə həmin istiqamətdə də şəhid olub. Onun 2 qız övladı yadigar qalıb.  
Elnur Hüseynov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO