Yağıntılar davam etsə, məhsul qıtlığı yaranacaq – Mütəxəssis RƏYİ

Yağıntılar davam etsə, məhsul qıtlığı yaranacaq – Mütəxəssis RƏYİ

Hazırda oxunan: Yağıntılar davam etsə, məhsul qıtlığı yaranacaq – Mütəxəssis RƏYİ

75892

Yanvar-fevral aylarında havaların quraq keçməsi ölkə ərazisindəki çayların səviyyəsini xeyli aşağı salmışdı. Kürün mənsəbində isə artıq dəniz suyu qabarıq şəkildə çayın içərilərinə doğru irəliləyirdi. Bu da təbii ki, ciddi narahatlıq doğrurdu. Lakin aprel və may aylarında normadan artıq yağıntıların düşməsi bu narahatçılığı aradan qaldırdı.

Amma hazırda yağan yağışlar yaz əkinlərinə və meyvə bağlarına ziyan vurmaqdadır. 

Kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis, 40 ilə yaxın aqronom işləyən Qəhrəman Qəhrəmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, indiki yağışlar ən çox taxıl sahələrinə sıradan çıxarır:

“Bu həm taxıl zəmilərinin alaq otları ilə basılmasıyla müşayət olunur, həm də arpa və buğdanın sünbüllərini çürüdür. Bu iki səbəbsə təbii ki, bu ilki məhsuldarlığa öz mənfi təsirini göstərəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Ən böyük bahalaşma bu il hansı rayondadır?


Mütəxəssis bizimlə söhbətdə onu da dedi ki, hazırda pambıq sahələrində becərmə işləri aparılır. Yağan yağışlar becərmə tədbirlərini ləngitmə yanaşı sahələrin alaq otu ilə basılmasına təkan verir:

“Digər yaz əkinləri də yağıntıdan ciddi ziyan görür. Belə havalar meyvə bağlarına da təsirsiz ötüşmür. Həm tez yetişən məhsulların (gilas, çiyələk,albalı və sair) inkişafını ləngidir, həm də bəzi meyvələrin çiçəklərini (nar, heyva və sair) çürüdür”.

Qəhrəman Qəhrəmanov sonda bildirdi ki, yağıntıların davam etməsi otlaq sahələri üçün faydalı olsa da  bütövlükdə məhsul qıtlığına səbəb ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO