Azərbaycanda ölən 9 yaşlı uşaqla bağlı yeni DETALLAR: Ata oğlunu...

Azərbaycanda ölən 9 yaşlı uşaqla bağlı yeni DETALLAR: Ata oğlunu...

Hazırda oxunan: Azərbaycanda ölən 9 yaşlı uşaqla bağlı yeni DETALLAR: Ata oğlunu...

75885

Xəbər verdiyimiz ki, Lənkəran rayonunda 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Lənkəranda azyaşlı N. Quluzadənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, rayonun Horavenc kənd sakini Zöhrab Quluzadə oğlu 9 yaşlı Nemət Quluzadəni həmin kənddə özünün “ZİL” markalı avtomobilinin qabaq buferində əyləşdirib.

Daha sonra onu idarə etməyə başlayıb. Bu zaman uşaq müvazinətini itirərək yerə yıxılıb və yük maşınının sağ təkəri altında qalıb.

Onu dərhal rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO