Bizim.Media Şəki halvasının hazırlanmasında iştirak etdi - VİDEO

Bizim.Media Şəki halvasının hazırlanmasında iştirak etdi - VİDEO

Hazırda oxunan: Bizim.Media Şəki halvasının hazırlanmasında iştirak etdi - VİDEO

7588

“Azərbaycanın çox yerində elə bilirlər ki, Şəki halvası adlanan paxlavanı şəkililər elə evlərində bişirirlər”.

Şəkidəki “Rafiq” Şirniyyat evinin sahibi Elşad Xəlilov bizimlə söhbətini elə bu fikirlərlə başladı. 

Şirin Şəki ləhcəsi ilə bildirdi ki, “Şəkidə elə fəaliyyət sahələri olutdu ki, heç Sovet hökuməti onu kollektivləşdirə bilmiyitdi. O işləri nə ailə içində, nə də fabrik şəraitində yaratmaq mümkünsüziydi. Heylə buna görə də Şəkidə sənətkarlıq sovetin qılıncı sağ-sola işliyəndə də qalıtdı, hökumətə vergi verməynən sahibkarlığı yaşadıtdılar...”

Elşad usta deyir ki, Şəki halvasının hazırlanması da öz çətinliklərinə görə, əyyami-qədimdən ev sənətkarlığı üzərində bərqərar olub və nəsildən nəsilə ötürülüb.

Halvanın hazırlanması üçün tələb olunan vaxt və ləvazimatlar onun adi ev şəraitində bişirilməsini də mümkünsüz edir:

“Hazırda Şəkidə 70 - dən çox şirniyyat evi fəaliyyət göstərir. Halva bişirən ustaların bir çoxuna bu peşə ata və babalarından yadigar qalıb. Onlar da bu peşəni öz övladlarına öyrədirlər. Mən şəxsən ustalığı 28 yaşımda qaynatamdan öyrənmişəm, indiyə kimi də bu işlə məşğulam”.

Sonra usta izah elədi ki, Şəki halvasının özəl xüsusiyyətlərindən biri də onun isti şəraitdə belə uzun müddət xarab olmamasıdır. Bir də kütləvi şəkildə istehsal olunan halvalardan başqa özəl sifarişlə də Şəki paxlavası istehsal olunur.

Onların hazırlanması müştərinin cibinə uyğun icra edilir. Yəni halvanı həcimli, daha çox qatlı və ballı da eləmək mümkündür. 

Sonda Elşad usta bizə əyani şəkildə Şəki halvasının hazırlanmasını nümayiş etdirdi. İndi biz sizə həmin videonu təqdim edirik. Amma bilin haa, Şəki halvası evdə bişmir.

Aliyə İlyas, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO