Nəşi 1 il 6 ay sonra tapılan şəhidin anım mərasimi keçirildi - FOTO  

Nəşi 1 il 6 ay sonra tapılan şəhidin anım mərasimi keçirildi - FOTO  

Hazırda oxunan: Nəşi 1 il 6 ay sonra tapılan şəhidin anım mərasimi keçirildi - FOTO  

75869

Tərtər rayonunda 44 günlük Vətən Müharibəsi şəhidi Qənbərli Qənbərin anım mərasimi keçirilib.  

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, mərasimdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.  

Şəhidin məzarı ziyarət olunduqdan sonra ruhuna dualar oxunub. Çıxış edənlər şəhid zabitin döyüş yolu haqqında söhbət açılıb, göstərdiyi igidliklər diqqətə çatdırılıb.  

Qeyd edək ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olub. Onun nəşi 1 il 6 ay sonra may ayının sonlarında tapılaraq, doğma kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qənbərli Qənbər Bəhruz oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.  

Elgün Gəncinsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO