Bakı Dairəvi yolunda “TIR” aşdı: İranlı sürücünün qolu amputasiya edildi - FOTO

Bakı Dairəvi yolunda “TIR” aşdı: İranlı sürücünün qolu amputasiya edildi - FOTO

Hazırda oxunan: Bakı Dairəvi yolunda “TIR” aşdı: İranlı sürücünün qolu amputasiya edildi - FOTO

75849

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb. Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO