Problemlər və onların həlli – PSİXOLOJİ AŞIRIM

Problemlər və onların həlli – PSİXOLOJİ AŞIRIM

Hazırda oxunan: Problemlər və onların həlli – PSİXOLOJİ AŞIRIM

7583

Cəmiyyətdəki hər nəslin özünə məxsus problemləri və həll yolları mövcuddur. Problemlərin çoxu keçmişimizdən qaynaqlanır. Əgər keçmişimizi dərk etmiriksə, gələcək problemlərimizi həll edə bilmərik.

Bir çox insan keçmişini bir kənara qoya biləcəyini düşünür. Keçmişdəki həll olunmamış məsələlərin onu gələcəkdə azad etməyəcəyinin fərqində deyil.

Bunu görmək üçün müəyyən dərəcədə müdriklik və zəka lazımdır.

Özünüzdən qaça bilməzsiniz. Həyat yenə də səni əks etdirən bir güzgüdür.

Keçmişdə həll edə bilmədiyiniz problemlər gələcəyinizi əks etdirir. 

Bir anın içərisində yaranan problemlər haqqında nə deyə bilərsiniz? Axı həyatımızın hər anında yeni bir problemlə qarşılaşırıq bundan qaçmaq olmaz.

Nə? Problemlər bitməyəcək?

Bəli, problemlər bitməyəcək. Lakin biz problemlərimizdən zövq almağı bacarmalıyıq. Başa düşməliyik ki, problemlərimiz bizi düşünməyə, böyüməyə vadar edir. Bunu başa düşdükdə problemlərimizi özümüz seçəcəyimiz bir şüur səviyyəsinə keçməyimiz mümkündür.

Liderlər onlara ilham verən və həyata keçirmək istədikləri problemləri bilərəkdən və sevə - sevə seçirlər. 

Əgər Atatürk rahat və problemsiz həyat istəsəydi, həyata keçirdiyi şeyləri edə bilərdimi? 
Problemlər və onların həlli bu dünyanın həqiqətidir və mən də mənim üçün əhəmiyyətli olan problemləri həll etmək istəyərdim. Axmaqca və rahat həyat yaşamaqdansa, mənim üçün vacib olan problemləri özüm seçib onu həll etsəm, həyat daha maraqlı olar.  

Unutmaq lazım deyil ki, həll etməyə çalışdığımız problem nə qədər böyükdürsə, sən o qədər böyük insan olarsan, həyatı o qədər böyük yaşayarsan. 

Dəyərlərinizə uyğun böyük problemləriniz varsa, dəyərsiz, mənasız və "həll etmək istəmədiyiniz" problemlər avtomatik olaraq yox olacaq.

Misal üçün həyatdakı hədəflərinə uyğun olaraq problemlərini özü seçən bir insan olaraq, “insan şüurunu aydınlatmaq” və “bunu yeni üsullarla həyata keçirən ən böyük təhsil şirkətini açmaq” kimi problemlərim var.

Buna görə də, gündəlik insanların yaşadığı, təkər partlaması, pul qabısını itirməsi kimi problemlərlə qarşılaşmıram. 

Yazdıqlarımı başa düşürsənsə, deməli həyatın dəyişməyə başlayıb. 

Müəllif Nevşah Karamehmet, psixoloq-təlimçi

Türkiyə türkcəsindən uyğunlaşdırdı, Aliyə İlyas  

  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO