Bərdə doğum evinin mama-ginekoloquna cinayət işi açıldı

Bərdə doğum evinin mama-ginekoloquna cinayət işi açıldı

Hazırda oxunan: Bərdə doğum evinin mama-ginekoloquna cinayət işi açıldı

7579

19 may 2020-ci il tarixdə Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bərdə rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla Bərdə Doğum evinin mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO