Şəkidə bir nəfər dostunun oğlunu oğurluğa apardı – TƏFƏRRÜAT

Şəkidə bir nəfər dostunun oğlunu oğurluğa apardı – TƏFƏRRÜAT

Hazırda oxunan: Şəkidə bir nəfər dostunun oğlunu oğurluğa apardı – TƏFƏRRÜAT

75756

Şəki rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, may ayının əvvəllərində də İlham Məhərrəmov analoji oğurluq hadisəsinə görə saxlanılıb və ilk dəfə cinayət törətməsi, eləcə də əməlini səmimi etiraf etməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Lakin o, bundan nəticə çıxarmayaraq barəsində seçilmiş qətimkan tədbirini kobudcasına pozub və eyni məzmunlu yeni cinayət törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO