\

\"Şəhidlik zirvəsinə ucalanlar\" kitabı təqdim edildi - FOTO

Hazırda oxunan: \"Şəhidlik zirvəsinə ucalanlar\" kitabı təqdim edildi - FOTO

75517

Cəlilabad rayonunda tanınmış şair-publisist Ədalət Salmanın Cəlilabad şəhidləri haqqında yazdığı "Şəhidlik zirvəsinə ucalanlar" kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə rayon Veteranlar Təşkilatının üzvləri, şəhid ataları, rayonun ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə açan şair Əfrahim Abbas kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmanın ictimai-ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Şəhidlərimizə ədəbi abidə olan belə bir kitabın yazılıb nəşr olunmasının hamı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tədbirdə əmək veteranları Sabir Quliyev, Mirağa Salmanov, Mirzəbala Hüseynov, Həsən Mirzəyev, Hacı Abas Şahmarov, Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Meyxoş Abdullah, İman Abdulla, yazıçı xanımlardan Ruhiyyə Abbaszadə, Gülşən Şahmuradlı və başqaları çıxış edərək şəhidlərin həyat və döyüş yolundan bəhs edən bu kitabın böyük əhəmiyyət daşıdığını, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rola malik olduğunu qeyd ediblər.

Şəhid ataları Yusif Kazımov və Əsədxan Həşimov şəhidlərin xatirəsini əziz tutub, onların ruhuna ehtiram olaraq çap etdirdiyi bu kitaba görə müəllifə təşəkkür ediblər. 

Yüksək səviyyədə keçən təqdimat mərasiminin sonunda kitabın müəllifi, tanınmış şair-jurnalist Ədalət Salman çıxış edərək şəhidlərimiz haqqında kitab yazmağı özünün mənəvi borcu olduğunu deyib.

Sonda hər bir iştirakçıya "Şəhidlik zirvəsinə ucalanlar" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkdirilib.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO