Əfqanıstanın pop ulduzu Aryana Sayeeddən Taliban haqqında ŞOK ETİRAFLAR - Eksklüziv MÜSAHİBƏ

Əfqanıstanın pop ulduzu Aryana Sayeeddən Taliban haqqında ŞOK ETİRAFLAR - Eksklüziv MÜSAHİBƏ

Hazırda oxunan: Əfqanıstanın pop ulduzu Aryana Sayeeddən Taliban haqqında ŞOK ETİRAFLAR - Eksklüziv MÜSAHİBƏ

75372

Əfqanıstanıstanın pop ulduzu, Talibanın son hakimiyyətindən sonra mühacir həyatı yaşayan Aryana Sayeed Bizim.Media-nın əməkdaşına özəl müsahibə verib.

- Maraqlıdır, Aryana xanım musiqi fəaliyyətinə indi harada və necə davam edir?

- Son illər ərzində mən həmişə Əfqanıstandan kənarda dünya üzrə konsert turları təşkil edərək öz gəlirlərimi qazanmışam. Əfqanıstandakı musiqi fəaliyyətim və orada keçirdiyim hər il,  çox zamanlarda Əfqanıstanın musiqi və əyləncə sənayesinin standartlarını yüksəltmək üçün ürəkləri dərd dolu əhalimizə sevinc bəxş etməkdən ibarət olub. Talibanın Əfqanıstanı ələ keçirilməsi zamanı oradan çox çətinliklə sağ çıxdım.  Bundan sonra “Yeni Başlanğıc” adlı “Dünya Turu - 2022” proqramının icrasına başladım. Turlarım zamanı Brüsseldə Avropa Parlamentində, Parisdə YUNESKO-da və bir sıra digər yüksək nüfuzlu yerlərdə Əfqanıstan qadınlarının səsini dünya ictimaiyyətinə çatdırmağa çalışdım. 

- Əgər Taliban hakimiyyəti Əfqanısatana qayıtmağınıza icazə versəydi, yenidən ana vətəninizə qayıdardınız?

- Məni tanıyanlar bilir ki, mən xarici ölkədə doğulub böyümüşəm və öz istəyimlə ana vətənim Əfqanıstana gələrək orada musiqi fəaliyyətimə başlamışam. Təbii ki, bu zaman çox böyük çətinliklərlə üzləşdim. Əfqanıstanın səhnəyə başı açıq çıxan ilk müğənnisi olmuşam. Hələ o zamanlar da Taliban məni həmişə ölümlə hədələyirdi. Lakin öz millətimin mədəniyyətini yüksəltmək üçün hər gün çalışırdım. Yaxşı sənətçi təkcə gözəl ifa deyil, eyni zamanda kütləyə mədəniyyət aşılamağı da bacarmalıdır.

Ötən ilin avqust ayında Əfqanıstanda Talibanlar hakimiyyəti ələ keçirdilər və yenə hər şey dəyişdi. Onlar demək olar ki, dərhal musiqini və incəsənəti qadağan etdilər, bu da öz peşələri ilə dolanışığını təmin edən minlərlə rəssam və musiqiçini aclıq vəziyyətinə gətirib çıxardı. Onlar yenidən qızlar və qadınların tam bürünməsi üçün qaydalar tətbiq etdilər. Qızların 6-cı sinifdən sonra məktəblərə getməsini qadağan ediblər və onlar  sübut edirlər ki, indiki Taliban 1996-2001-ci illərdəki Talibandan heç nə ilə fərqlənmir. Ona görə də inanmıram ki, Taliban mənə  Əfqanıstana geri qayıtmağa icazə versin. Amma etiraf edim ki, Əfqanıstan üçün çox darıxmışam. 

- Belə çıxır ki, Əfqanıstan musiqisi Taliban hakimiyyəti dövründə tənəzzül dövrünü keçirəcək.

- Əfqanıstanda musiqi artıq qadağan edilib və ölüb. Taliban hakimiyyətində Əfqanıstanda musiqi üçün “inkişaf” deyilən bir şey yoxdur və  yalnız bəxtimiz gətirdiyi və ya Allahın hər hansı bir lütfü nəticəsində musiqimiz yayaşa bilər.

- Azərbaycan musiqisi haqqında məlumatlısınız? Bizim ifaçılarından kimləri tanıyırsınız?

- Heç bir azərbaycanlı sənətçi ilə tam tanış olmasam da, əvvəllər Avroviziya yarışmasında Azərbaycanı təmsil edən bəzi çıxışçıları görmüşəm. Həmçinin Əfəndi adlı gözəl bir xanım müğənninin Avroviziyadakı çıxışını izlədim və bəyəndim. Heyrətamiz istedadlı Sami Yusuf da azərbaycanlı ata-anadan dünyaya gəlib. Bütün bunları nəzərə alaraq, mən çox istərdim ki, yaxın gələcəkdə Azərbaycana səfər edim, ölkənizin incəsənət, musiqi və mədəniyyəti ilə tanış olum.


- Bizə zaman ayırdığınız və sizə gələn çoxsaylı müsahibə təklifləri arasında təklifimizi qəbul edib suallarımızı cavablandırdığınız üçün  təşəkkür edirik.

- Musiqimin sədalarının Azərbaycana kimi yüksəlməsi məni çox məmnun edir. Demək olar ki, dünyanın bütün ölkələrindən izləyicilər və jurnalistlər mənə yazaraq  öz fikirlərini bildirirlər və bunlar arasında azərbaycanlıların da olması məni çox sevindirir.

Leyla Şah, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO