Komitə sədri gürcüstanlı din xadimləri ilə görüşdü

Komitə sədri gürcüstanlı din xadimləri ilə görüşdü

Hazırda oxunan: Komitə sədri gürcüstanlı din xadimləri ilə görüşdü

75278

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı DQİDK sədri son dövrdə müvafiq sahədə müşahidə edilən Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edib.

M.Qurbanlı digər istiqamətlərdə olduğu kimi, din sahəsində də qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrindən bəhs edib.

O, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin ötən il Azərbaycana etdiyi səfəri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib.

Müsbət dinamikanın davam etdirilməsi məqsədilə komitə sədri qarşılıqlı birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Nümayəndə heyətinin üzvləri qəbula görə təşəkkür ifadə edərək, səfərin təşkilinə görə səfirliyə minnətdarlıq bildirib, işğaldan azad olunan ərazilərə səfəri böyük həyəcanla gözlədiklərini vurğulayıblar.
Din xadimləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasını qürurla qarşıladıqlarını, şəhidlərimizin ruhuna dualar oxuduqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, Gürcüstan din xadimlərinin Azərbaycana səfəri ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Mayın 23-dək davam edəcək səfər çərçivəsində din xadimləri Bakı, Gəncə ilə yanaşı, Füzuli, Ağdam və Şuşa şəhərlərini də ziyarət edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO