Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hazırda oxunan: Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

75234

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Bizim.Media xəbər verir ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur.

Vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar Məşğulluq Alt Sisteminə yerləşdirilib.

İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO