Şuşa Modul Tipli Xəstəxanasından yeni FOTOLAR

Şuşa Modul Tipli Xəstəxanasından yeni FOTOLAR

Hazırda oxunan: Şuşa Modul Tipli Xəstəxanasından yeni FOTOLAR

75225

Şuşa Modul Tipli Xəstəxanasında təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələri mövcuddur.

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, Xəstəxanada Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir. Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir və 9 çarpayı yeri mövcuddur. Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.
Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur.

Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO