"Məişət zorakılığını törədənlərlə bağlı proqramın hazırlanması, mexanizmin işlənməsi, eləcə də milli qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol şöbəsinin müdiri Fərid Ədilov jurnalistlərə açıqlamasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycanın səylərini müsbət qiymətləndiririk" - Aİ rəsmisi
Komitə rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən bu məsələ ilə bağlı layihələr işlənib hazırlanıb və aidiyyəti strukturlarla müvafiq razılaşmalar əldə edilib:
"Bununla bağlı layihə hökumətə təqdim edilib. Nəzərə alsaq ki, COVID-19 pandemiyasından sonra təkcə ölkəmizdə yox, bütün dünyada qadınlara qarşı zorakılıq halları artıb, bu cür tədbirlərin keçirilməsinin aktuallığının daha da artdığını söyləyə bilərik".
Murad Əhmədov, Bizim.Media