7 il əvvəl Binəqədidə 15 nəfərin həyatına son qoyan dəhşətli yanğın - FOTO

7 il əvvəl Binəqədidə 15 nəfərin həyatına son qoyan dəhşətli yanğın - FOTO

Hazırda oxunan: 7 il əvvəl Binəqədidə 15 nəfərin həyatına son qoyan dəhşətli yanğın - FOTO

75133

7 il əvvəl Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. 2015-ci il mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Ölənlərin 4-ü uşaqdır. 

Bizim.Media xəbər verir ki, hadisənin baş verməsinə səbəb olaraq, binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması göstərilib. 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. İş üzrə Cinayət Məcəlləsinin üç maddəsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq göstərilib.

Hadisə yerinə cəlb edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və yanğınsöndürən helikopterin səyləri nəticəsində yanğınin üç saat ərzində tamamilə söndürülməsi mümkün olmuşdu.
Baş verən yanğın hadisəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixili sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdı.

Xatırladaq ki, yanğın hadisəsi ilə bağlı təqsirləndirilən “Qlobal Stone” və “Global Construction” MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 illik azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov isə hər biri 4, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Məhkəmə heyəti Ağacavad Məmmədov və Akif Əlibəyova isə şərti cəza müəyyən edib. 

Qeyd edək ki, yanğında həlak olmuş 15 sakinin ailəsinə 15 min manat verilib. Həmçinin, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə, ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.
Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib. 

Yanğının baş verməsi nəticəsində həlak olan şəxslər: 

1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) 

2. Bağırov Sahib Rəhim oğlu (49 yaş) 

3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş) 

4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) 

5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş) 

6. Eyvazov Davud Hamir oğlu (16 yaş) 

7. Eyvazova Ülkər Hamir qızı (21 yaş) 

8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq) 

9. Kərimova Nazilə Malik qızı (39 yaş) 

10. Kərimova Ayan Anar qızı (5 yaş) 

11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş) 

12. Həsənova Alla Antonovna (58 yaş) 

13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş) 

14. Boykova Lyubov Viktorovna (87 yaş) 

15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO