Bakıda qayınatasını öldürən kürəkən SAXLANILDI

Bakıda qayınatasını öldürən kürəkən SAXLANILDI

Hazırda oxunan: Bakıda qayınatasını öldürən kürəkən SAXLANILDI

75080

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO