Azərbaycanlı general Rusiyanın I ledisinin içki təklifindən necə imtina etdi? – TARİXİ FAKTLAR 

Azərbaycanlı general Rusiyanın I ledisinin içki təklifindən necə imtina etdi? – TARİXİ FAKTLAR 

Hazırda oxunan: Azərbaycanlı general Rusiyanın I ledisinin içki təklifindən necə imtina etdi? – TARİXİ FAKTLAR 

74994

Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmış tarixçi, şair, maarifçi, filosof və ictimai xadim olan Abbasqulu Ağa Bakıxanov (1794-1847) Çar Rusiyasının hakimiyyəti dönəmində bir sıra məsul vəzifələrdə çalışıb.

Belə ki, 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, general-mayor rütbəsinədək yüksəlib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında da tərcüməçi kimi iştirak edib.  Bakıxanov rütbəsinə və tutduğu mövqeyə görə tez-tez imperator ailəsi tərəfindən rəsmi qəbullara dəvət alıb. 

Həmin dəvətlərin birində baş vermiş maraqlı hadisəni sizlərə təqdim edirik:

Çar ailəsinin tədbirlərində mütəmadi iştirak edən Abbasqulu Ağa Bakıxanov qatı dindar olduğu üçün spirtli içkilərin qəbulundan uzaq olub. Bakıxanovun bu xüsusiyyəti imperator ailəsinin də diqqətini cəlb edir. Xüsusilə də, çar I Nikolayın həyat yoldaşı Aleksandra Feodorovna Bakıxanovun bu vərdişini dəyişə biləcəyini düşünür.

Ziyafətlərin birində çariça qonaqlara Bakıxanovu içkiyə dəvət edəcəyini bildirir. Çarın həyat yoldaşının dəvətini qəbul etməmək isə həmin dövr üçün qəbuledilməz hesab edilirdi. Ona görə də, çariça “Qafqazdan olan qonaq mütləq içki içəcək, ola bilməz ki mənim dəvətimi qəbul etməsin. Mən indi Abbasqulu ağaya ömründə ilk dəfə araq içirəcəm”, iddiası ilə çıxış edir.

Daha sonra çariça büllur qədəhə şərab tökdürüb özü şəxsən Abbasqulu ağaya təklif edir. Bu, çox böyük ehtiram idi.

Odur ki, Abbasqulu ağa məcməyidən qədəhi götürür, I Nikolaya üzünü tutaraq təzim edir və deyir:

- Ey mənim həşəmətli hökmdarım, siz məni içki içməyə buyurursunuz, amma Allahım buyurur ki, içmə. Hansınızın sözünə baxım?

I Nikolay çox dindar olduğu üçün, Allahın adını eşidən kimi deyir:

- Əlbəttə, Allahının!

Bu cavabdan sonra Bakıxanov bütün qonaqların gözü qarşısında qədəhi məcməyiyə qoyub imperatorun xanımına geri qaytarır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO