"Aliment Fondu yaradıldıqdan sonra dövlət bu layihəyə ilkin vəsait ayıracaq. Fondun fəaliyyəti sərf edilən pulların geri alınması ilə təşkil ediləcək".
Bizim.Media az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “İctimai Şura”nın sədri Sahib Məmmədov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
"Hesab edirəm ki, Fondun yaradılması gecikir və vaxtı çoxdan keçib", - deyə o əlavə edib.
Alçina Amilqızı, Bizim.Media