Cəfər Cabbarlının Ev muzeyi kimin qəzəbinə tuş gəlib? – AÇIQLAMA

Cəfər Cabbarlının Ev muzeyi kimin qəzəbinə tuş gəlib? – AÇIQLAMA

Hazırda oxunan: Cəfər Cabbarlının Ev muzeyi kimin qəzəbinə tuş gəlib? – AÇIQLAMA

74956

Bu gün Beynəlxalq Muzeylər günüdür və böyük ədib Cəfər Cabbarlının Xızıdakı Ev muzeyinin qapıları hələ də bağlıdır.

Əslində qapılar fiziki olaraq bağlı olmasa da içərisində baxmalı bir şey yoxdur. Təmirə dayandırılan muzey alayarımçıq düz-qoş edilsə də burada çoxlu sayda problem qalmaqdadır.

Hələ ilin əvvəlində Bizim.Media muzeydən reportaj hazırlayaraq bunu Mədəniyyət nazirliyinin diqqətinə çatdırmışdı. Amma ogün-bugün bir nəticə hasil olmadı.
 

MÖVZU İLƏ BAĞLI:

Cəfər Cabbarlının beyni harada saxlanılır? – ARAŞDIRMA


Muzeyinin direktoru Həcər Rəsulova ilə təkrarən bu mövzu ətrafında söhbətləşirik:

“Muzey 2019-cu ildə əsaslı təmirə bağlanıb və bir il müddətinə çox nəfis şəkildə bərpa edilib. 2020-ci ildə bərpa işləri başa çatsa da bədii tərtibat işləri hələ görülməyib. Bu işlər tamamlanmadığından muzey rəsmi olaraq istifadəyə də verilməyib. Gələn ziyarətçilərə qapı açılsa da muzeyin qiymətli eksponatlarını göstərib geniş məlumat vermək mümkün deyil”.

Qeyd edək ki, muzeyin qarşısında heç C.Cabbarlının ev muzeyi olduğunu göstərən lövhə də yoxdur. Xızıya gələn hər hansı turist və ya qonaq hardan bilsin bura nədir?

Baxmayaraq ki, ev muzeyində Cabbarlının və aləsinin qiymətli əşyaları qorunub saxlanılır. Ədibin qələmi və mürəkkəbqabısı, anası Şahbikənin işlətdiyi mis qazan və samovarlar ziyarətçilərin ən çox maraq göstərdiyi əşyslardandır. Ümumilikdə, 564 eksponatı olan Cabbarlı muzeyi vaxtilə Cəfərin doğulduğu ev olub. Bu ev Cabbarlının ömür-gün yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-58-ci illərdə yaradılıb. 

Muzeylərin bayram günüdə isə ədibin ev muzeyinin 8 əməkdaşından başqa kimsə bura gəlməsə də kollektiv Cəfər Cabbarlının xatirəsinə ehtiram nümayiş etdirərək bir nəfər kimi hamısı iş başındadır.

Muzeyin direktoru Həcər Rəsulova “Muzeylər günü”nü nikbin qarşıladıqlarını deyir. Bildirir ki, bu gün münasibətilə C.Cabbarlının ev muzeyindən video-çarxlar hazırlanıb sosial şəbəkələrdə paylaşılacaq: 

“Çalışacağıq ki, bizi unutsalar da biz unutmayaq”.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO