"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik. Bölgələrdə, şəhərlərdə və kəndlərdə yaşayan ailələr arasında böyük fərqlər müşahidə olunur. Hər biri ilə işləyir, ailə institutunun formalaşmasında yeni təşəbbüslər və müasir tendensiyalar üzərində çalışırıq".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailə modelinin inkişaf strategiyası” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda Ailə günü bayramı 2017-ci ildən qeyd olunur:
"Ailə institutunun tarixi, keçdiyi yollar, müvafiq qanunvericilik kimi məsələlər müzakirə olunub. Bu cür müzakirələri hədəf aparan qruplarla aparmalıyıq. Azərbaycan ailəsi məfhumu ətrafında hər zaman çətinliklər olur. Ailə institutu ilə reallıqda olan ailə ziddiyyət təşkil edir və biz bu düyünü açmağa çalışırıq. Nə qədər cəmiyyət və inkişaf varsa, bu problemlər olacaq".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 18.05.2022
"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
Hazırda oxunan: "Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
Hazırda oxunan: "Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
74934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.