Xaçmazda xalasının evini qarət edən şəxs saxlanıldı - FOTO

Xaçmazda xalasının evini qarət edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Xaçmazda xalasının evini qarət edən şəxs saxlanıldı - FOTO

74928

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.  

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb. 

Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə  girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib. 

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq, oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb. 
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO