Kann film festivalında ulduz keçidi – FOTO  

Kann film festivalında ulduz keçidi – FOTO  

Hazırda oxunan: Kann film festivalında ulduz keçidi – FOTO  

74910

Bu il 75-ci dəfə keçirilən “Kann Film Festivalı” Fransanın Kann şəhərində dünyaca məşhur ulduzların qatıldığı mərasimlə baş tutub.  

Bizim.Media xəbər verir ki, pandemiya səbəbindən 2020-ci ildə ləğv edilən və ötən il yenidən tam sürətinə qayıdan festivalın açılışında ulduzların olduğu qırmızı xalça paradı keçirilib.  

Onlar dəbdəbəli görünüşləri və cəsarətli hərəkətləri ilə nüfuzlu festivala damğa vurublar. Açılış mərasimində “The Artist” filmi ilə tanınan Mişel Hazanaviçiusun “Final Cut” zombi komediya filmi nümayiş etdirilib. 1 saat 50 dəqiqə davam edən nümayişin sonunda ənənəvi ayaqda alqışlanma mərasimi olub.  

Rejissor Mişel Hazanaviçius dörd dəqiqəlik alqışlardan həzz alıb.  

Bu il Kannda amerikalı aktyor Forest Uitakerə "Qızıl Palma budağı" - Ömürlük Nailiyyət Mükafatı təqdim olunub.  
Mərasimdə aktyora “Quş”, “Kabus it”, “Pulun rəngi” və “Panik otağı” kimi bəzi filmlərindən tanıtım çarxı nümayiş edilib və sürəkli alqışlarla qarşılanıb.  

Festival mayın 28-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.  

Rəşad Əliyev, Bizim.Media





























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO