Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN BAŞLAYIB - VİDEO

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN BAŞLAYIB - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN BAŞLAYIB - VİDEO

74877

Bakının Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 60 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə yanğın olub. 

Bizim.Media xəbər verir ki, alov ikinci mənzilə keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov APA-ya bildirib ki, bu ikinci dərəcəli yanğın çağırışıdır.

Üçmərtəbəli binada 2 mənzil yanıb, 5 nəfər təxliyə edilib.

Məlumata görə artıq yanğın məhdudlaşdırılıb. Hazırda binada soyutma işləri aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO