Buraxılış imtahanlarının nəticəsi açıqlandı 

Buraxılış imtahanlarının nəticəsi açıqlandı 

Hazırda oxunan: Buraxılış imtahanlarının nəticəsi açıqlandı 

74847

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 23-24 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. 

Bu barədə Bizim.Media-ya DİM-dən xəbər verilib. 

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. 

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO