“Azərbaycanda ilk dəfə 100 şagirddən yuxarı - 132 yerlik modul tipli məktəb binası Qubanın Qələduz kəndində inşa olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı sərəncamla quraşdırılması nəzərdə tutulan və 5 milyon manat pul ayrılan modul tipli təhsil müəssisələrinin siyahısında bu məktəbin də var. İlk modul məktəbin Qubada inşa edilməsini çox bəyənir və dəstəkləyirik”.
Bu sözləri Bizim.Media-ya Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyev dövlət başçısının mayın 16-da imzaladığı məlum sərəncama münasibət bildirərkən deyib.
R.Hacıyev Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqətə görə, İlham Əliyevə təhsil işçiləri adından təşəkkürünü də bildirib.
Yeni məktəb binası Qələduz kəndinin köhnə məktəb binasının yerində inşa ediləcək.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə Xaçmazın Mollabürhanlı kəndində isə 96 yerlik ümumi orta məktəbin inşası nəzərdə tutulur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu