Afrikalı uşaqlara iftar süfrəsi verən Gülşən Həsənova bayraq məsələsinə aydınlıq gətirdi – ÖZƏL 

Afrikalı uşaqlara iftar süfrəsi verən Gülşən Həsənova bayraq məsələsinə aydınlıq gətirdi – ÖZƏL 

Hazırda oxunan: Afrikalı uşaqlara iftar süfrəsi verən Gülşən Həsənova bayraq məsələsinə aydınlıq gətirdi – ÖZƏL 

74797

“Bəzilərinin haqqımda boğazdan yuxarı danışması məni məyus etdi. Bunu edənlərin öz həmvətənlərimin olması isə məni hövsələdən çıxardı və saytlara yığıb xahiş etdim ki, mənimlə bağlı olan paylaşımları silsinlər”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada türkiyədə yaşayan azərbaycanlı bloger, vizajist Gülşən Həsənova söyləyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı iş qadını Afrikadakı uşaqlara iftar süfrəsi açdı - VİDEO


“Etdiyim savab əməlləri gündəmə gətirmək niyyətim olmayıb və etdiyim yardımları Allah rizası üçün etmişəm. Afrikadan olan uşaqlara verdiyim iftar süfrəsini də müqəddəs günlərdə məhz bu məqsədlə vermişdim və onların mənə oradan atdıqları videolar məni çox sevindirdi. Bunun əvəzində isə Azərbaycan sosial şəbəkələrində haqqımda olmazın təhqirlərini yazmağa başladılar”.

Bloger Afrikada verdiyi iftar süfrəsində Azərbaycan bayrağı olmadığı üçün onu qınayanlara da cavab verib:

“Azərbaycanın Ümummilli lideri Heydər Əliyev deyib ki, biz iki dövlət tək millətik. Birinci dəfə verdiyim iftar süfrəsində Afrikada Azərbaycan bayrağı olmadığı üçün süfrədə türk bayrağı asılmışdı və bundan sonra mənə olmazın tənqidlərini yağdırdılar. Məhz buna görə də sonuncu verdiyim iftar süfrəsində Afrikaya gedən o təşkilata öz əllərimlə Azərbaycan bayrağını verdim ki, oradan asılsın”.

Blogger verdiyi iftar süfrələrinin şəxsi hesabında paylaşmasının reklam olduğunu deyənlərə də sərt mesaj ünvanlayıb:

“O videoları ona görə öz səhifəmdə paylaşdım ki, insanlar daha geyimlərimdən və getdiyim restoranlardan danışmasınlar. Məhz o yardım videolarından sonra Azərbaycandan da mənə zəng edib Afrikaya yardım göndərmək istədiklərini bildirənlər oldu. Məncə burada heç bir qəbahət yoxdur. Mərhəmət paylaşdıqca artan bir hissdir və insan mərhəmət göstərib kiməsə kömək edə biləndə, özünü güclü hesab edir. Paylaşmaq gözəldir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO