Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyüldü

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyüldü

Hazırda oxunan: Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyüldü

74745

Mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Şəmkir rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş verib. 

Bu zaman Həbib Cəfərov və  qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və  Emin Şirinovu təhqir edərək döyüblər. 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə)  maddələri ilə cinayət işi başlanıb. 
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO