Azərbaycanda ilan sancan 3 yaşlı körpə sağaldı - 19 gündən sonra

Azərbaycanda ilan sancan 3 yaşlı körpə sağaldı - 19 gündən sonra

Hazırda oxunan: Azərbaycanda ilan sancan 3 yaşlı körpə sağaldı - 19 gündən sonra

74716

Azərbaycanda ilan sancmış üç yaşlı körpə 19 gündən sonra sağalıb.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, ilan sancması ilə ağır vəziyyətdə KTM-ə gətirilən 3 yaşlı körpə uzun sürən mübarizədən və müalicədən sonra sağalıb:

"Xəstəxanaya daxil olarkən kəskin halsızlıq, ödəm, hemodinamik göstəricilər və qanında bəzi dəyişikliklər olan 2019-cu il təvəllüdlü Emin Niftəliyev üçün artıq heç bir həyati təhlükə yoxdur".

Xəstəxanaya gətirilərkən körpənin bədəninin təxminən yarıya qədərinin şişdiyini bildirən nənə Gülər Niftəliyevanın sözlərinə görə, hadisə aprelin 28-də Ağdaş rayonunda taxıl sahələrinin birində baş verib və sahədə oynayarkən körpəni ilan sancıb:

"Emin ferma ərazisində taxıl əkilmiş ərazidə bacısı ilə oynayırdı. Bir də baxdım ki, uşaq ağlaya-ağlaya gəlir. Uşağı götürüb tez atasının yanına qaçdım. Baxdıq ki, ayağından ilan sancıb. Atası ilan sancan nahiyənin yuxarı hissəsindən körpənin ayağını bərk bağladı. Sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Nəvəm orada ilkin tibbi müayinə edildikdən sonra təcili tibbi yardım maşını vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirildi. Açığı desəm artıq uşaqdan əlimizi üzmüşdük. Bura çatanda bədəni yarıya qədər şişmişdi. Buradakı həkimlərin sayəsində bu gün o körpə sağdır. Çox ağır vəziyyətdə olan Emini həyata qaytardılar".

Mərkəzin Toksikologiya şöbəsinin həkim-terapevti Tünzalə Daşdəmirova bildirib ki, körpə vaxtında çatdırılmasaydı və buradakı tibbi müdaxilələr olmasaydı nəticə tam fərqli olardı:

“Xəstə aprelin 29-da şöbəyə daxil olub. Xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Xəstəyə aparılan zərdab və simptomatik müalicədən 3 gün sonra müəyyən dinamika hiss edildi. Hazırda xəstənin ümumi vəziyyətini kafi qiymətləndirmək olar. Toksikoloji baxımdan hər şey normadadır. 19 günlük ciddi həkim nəzarəti və müalicədən sonra körpə artıq evə buraxılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO