Şəmkirdə 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı

Şəmkirdə 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Şəmkirdə 2 avtomobil toqquşdu: 3 nəfər xəsarət aldı

74692

Şəmkir rayonunda 3 sərnişinin ağır xəsarətlər alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" markalı avtomobillə "Chevrolet Cruze" markalı minik maşınları toqquşub.

Qəza nəticəsində 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, N.Rüstəmlinin vəziyyəti ağır olduğundan o, Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO