PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirildi - VİDEO

PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirildi - VİDEO

Hazırda oxunan: PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirildi - VİDEO

74640

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. 

Bizim.Media xəbər verir ki, hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb. 

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər. 

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO