6 minə yaxın müraciət - 700-ə yaxın şagirdin imtahan nəticəsi dəyişdirildi

6 minə yaxın müraciət - 700-ə yaxın şagirdin imtahan nəticəsi dəyişdirildi

Hazırda oxunan: 6 minə yaxın müraciət - 700-ə yaxın şagirdin imtahan nəticəsi dəyişdirildi

74630

668 şagirdin buraxılış imtahanı nəticəsi dəyişdirildi.

5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 427 nəfər öz ərizəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib. 

Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1145424 tapşırıq üzrə yazı işi yoxlanılıb.  

Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin cəmi 743 tapşırıq üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO